Mayli Sayrus Şvarsneqerin oğlu haqda danışdı
Bizi izləyin

Magazin2

Mayli Sayrus Şvarsneqerin oğlu haqda danışdı

Tanınmış amerikalı müğənni və aktrisa Mayli Sayrus bu yaxınlarda verdiyi müsahibədə Patrik Şvasneqer ilə yollarını ayırdığı üçün özünü pis hiss etmədiyini söyləyib.

Şou-biznes ulduzunun sözlərinə görə, indi o özünü azad hiss edir: “Mən tənhalığı sakit qarşılayıram. Öz-özümlə təklikdə olmaq xoşuma gəlir. Mənim gələcəyim sevgilimin olmasından asılı deyil. Düşünürəm ki, tənhalığın da normal olduğunu cəmiyyətdə tez-tez söyləmək lazımdır”.

Xatırladaq ki, cütlük aprel ayının sonlarında ayırılıb. Onların ayrılıq səbəbi isə Patrikin şübhəli davranışları və əyləncə məclislərində qızlarla çəkilən şəkillərinin yayılması olub. Mayli Sayrusun yaxınlarının sözlərinə görə, ulduz Patrikin bu hərəkətinə görə ona kin saxlamır.

Qeyd edək ki, bu günlərdə Mayli homoseksuallar üçün xeyriyyə fondunun yaradılması haqqında məlumat verib. Sənətçinin planlarında LGBT-nin evsiz üzvləri üçün Hollivudda internet-meydançaları yaradılması və bu təşkilatın gəncləri üçün dəstək mərkəzinin açılışı nəzərdə tutulub.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm