68-ci Kann kinofestivalı başladı – FOTOLAR
Bizi izləyin

Magazin2

68-ci Kann kinofestivalı başladı – FOTOLAR

Dünən 68-ci Kann Beynəlxalq kinofestivalı başlayıb. Publika.az xəbər verir ki, festival fransalı rejissor Emmaniel Berkonun “Başını dik tutaraq” filmi ilə açılıb. Bu filmdə Katrin Denev əsas rollardan birini oynayıb.

Film yeniyetmələrin cinayətlərinə həsr olunub. Festivalın finalında tamaşaçılar Lyuk Jakın “Buz və səma” filmini göstəriləcək.

Bu il festivalın münsiflər heyətinə amerikalı rejissorlar Coel və İtan Koen qardaşları rəhbərlik edəcək. Jürinin üzvləri sırasına aktrisalar Sofi Marso, Sienna Miller, kanadalı rejissor Ksavye Dolan, amerikalı aktyor Ceyk Cillenxol və meksikalı rejissor Qilyerme del Toro daxildir.

Kann Beynəlxalq Kinofestivalı mayın 24-də yekunlaşacaq və həmin gün festivalın nəticələri elan olunacaq.

Festivalda Natali Portman, Sienna Miller, Lyupita Nyonqo və digər məşhurlar dəbdəbəli ziyafət libasları ilə göz qamaşdırıblar.

Publika.az sizləri Kann Beynəlxalq kinofestivalında iştirak edən ulduzların qırmızı xalıda nümayiş etdirdikləri obrazları izləməyə dəvət edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm