• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Məşhur aktrisadan şok etiraf – FOTOLAR

  • Magazin2
  • 14 May 2015 13:45
  • 675 Baxış
Məşhur aktrisadan şok etiraf – FOTOLAR

Oskar mükafatlı aktrisa Keyt Blanşet keçmişdə qadınlarla da intim münasibətdə olduğunu söyləyib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ssenarist Endryu Apton ilə 18 ildir evli olan 45 yaşındakı Blanşet “Variety” jurnalına müsahibə verib.

Yeni filmdə biseksual bir qəhrəmanı canlandıran Keyt Blanşet müxbirin "Bu, sizin bu sahədəki ilk təcrübənizdir?" sualına aktrisa gözlənilməz cavab verib. Keyt Blanşet müxbiri “Filmdəmi, yoxsa real həyatdamı?” sualı ilə xeyli təəccübləndirib.

Blanşet “Daha öncə qadınlarla münasibətdə olmuşunuz?” sualına "Bəli, bir çox dəfə" - deyə cavab verib.

Qeyd edək ki, Endryu Apton ilə 18 ildir evli olan Keyt Blanşetin 3 oğlu var. Cütlük bu yaxınlarda bir qız övladlığa götürüb.

Xatırladaq ki, bu il Kann kinofestivalında ilk dəfə nümayiş olunan “Carol” adlı filmdə Keyt Blanşet öz həmcinsi ilə münasibətdə olan qadını canlandırır.

Todd Haynesin rejissorluğu ilə çəkilən filmdə Blanşetlə yanaşı, Rooney Marya də çəkilib.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR