İlin ən seksual kişiləri - FOTOLAR
Bizi izləyin

Magazin2

İlin ən seksual kişiləri - FOTOLAR

“Glamour” jurnalı “ilin ən seksual 100 kişisi” siyahısını adını açıqlayıb. 80 min qadının iştirak etdiyi sorğu nəticəsində hazırlanan siyahı hər kəsi təəccübləndirib.

Çünki Hollivudun yaraşıqlılarından Eşton Kutçer siyahıda sonuncu olub. Dünyanın ən yaraşıqlı və seksual kişiləri hesab edilən bir çox Hollivud ulduzu da Eştonla eyni xəyal qırıqlığını yaşayıb.

Məsələn, siyahıda Bred Pitt yalnız 85-ci sırada yer ala bilib.

Castin Timberleyk 56-cı, Leonardo Di Kaprio 45-ci, Bredli Kuper isə 29-cu sırada qərar tuta biliblər.

Sorğunun qalibi isə Ceymi Dornan olub. “Bozun əlli çaları” adlı erotik filmlə ilə damğasını vuran Ceymi ən seksual kişi statusunu qazanıb.

Siyahının ilk onluğunda isə aşağıdakı ulduzlar qərar tutublar:

2.Benedikt Kamberbetç

3.Tom Hiddlston

4.Robert Pettinson

5.Henri Kavill

6.Teo Ceyms

7.Harri Stayls

8.JCeymi Kempbell Bauer

9.Cared Leto

10.Farrell Uilyams

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm