Cey Lo Rihannanın izində – VİDEO
Bizi izləyin

Magazin2

Cey Lo Rihannanın izində – VİDEO

Bir neçə mövsümdür ki, "American İdol" adlı müsabiqənin münsiflər heyətində təmsil olunan Cennifer Lopez şounun 14-cü mövsümünün finalına damğa vurub.

Final gecəsi üçün möhtəşəm bir şou hazırlayan Cey Lonun səhnədə həmkarı və eyni zamanda ən güclü rəqibi Rihannanın "Diamonds" mahnısını səsləndirməsi hər kəsi təəccübləndirib.

Hər fürsətdə Rihannanı bəyəndiyini dilə gətirən cazibədar ifaçının bu addımı öz pərəstişkarlarını sevindirsə də, Riri fanatlarını əsəbiləşdirib.

Sosial şəbəkələrdə Cey Loya üsyan edən Riri fanatları onun səsinin möhtəşəm olduğunu, heç kəsin hər hansı mahnını Rihannadan daha gözəl səsləndirə bilməyəcəklərini yazıblar.

Publika.az Cennifer Lopezin müzakirələrə səbəb olan həmin çıxışını təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm