Tom Kruz niyə qocalmır? - FOTO
Bizi izləyin

Magazin2

Tom Kruz niyə qocalmır? - FOTO

Hollivudun yaraşıqlı aktyoru Tom Kruz 53 yaşında olsa da, 30 yaşında görünür. İllər ötsə də, aktyorun üzündə heç bir dəyişiklik hiss olunmur. Bəs, qadınları hələ də özünə heyran aktyoru belə gənc saxlayan nədir?

Tom Kruz uzun illərdir axtarılan gözəllik iksiri filan tapmayıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor cavan görünmək üçün bir çox qadınlar kimi plastik əməliyyata üz tutub. Peşəkar cərrahın etdiyi bir çox uğurlu estetik əməliyyat nəticəsində də ortaya belə mənzərə çıxıb.

Tom Kruz gənc görünmək üçün üzünü botoks etdirib. O, qaşlarının arasına, alnına və göz kənarlarına mütəmadi olaraq botoks etdirir.

Dodaq ətrafına, burun kənarlarına və yanaqlarına dolğu vurdurub. Bu əməliyyatlar olduqca peşəkar bir həkim tərəfindən aparıldığı üçün üzündə ciddi dəyişiklik hiss olunmur. Sadəcə, onun üzü 10-20 il əvvəlki kimi görünməsini təmin edir.

Boyun bölgəsinə də diqqət etsək, Tom Kruzun həmin hissəni dartdırdığını müşahidə edərik.

Xatırladaq ki, Tom Kruz gənclik illərində əyri dişlərini düzəltdirdikdən sonra xeyli dəyişmişdi.

Bəs siz gözəl və gənc görünmək üçün aparılan bu əməliyyatlar haqqında nə düşünürsünüz? Sizcə, Tom Kruz necə görünür?

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm