İndi də özünü Beyonsa oxşatdı – FOTOLAR
Bizi izləyin

Magazin2

İndi də özünü Beyonsa oxşatdı – FOTOLAR

Pop ulduz Rita Ora imicini dəyişib. Cəsur və çılğın stili ilə gündəm yaratmağı xoşlayan ulduz saçlarını xırda-xırda hördürüb. O, yeni imicdə çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb.

Müğənninin yeni imicini bəyənənlərlə yanaşı, onu tənqid edənlər də olub. Karyerasına başladığı ilk vaxtlardan etibarən barbadoslu müğənni Rihannanı təqlid etdiyi iddia edilən müğənninin yeni imici də birmənalı qarşılanmayıb. Belə ki, Ritanın bu dəfə də Beyonsu təqlid etdiyi deyilir. İllər öncə Beyonsun eyni saç stilinə müraciət etdiyini fotolarla sübut edən sosial şəbəkə istifadəçiləri Rita Oranı orijinal olmağa səsləyiblər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm