Hollivudun cazibədar aktrisası: “Həzz almaq daha çox xoşuma gəlir” - FOTOLAR
Bizi izləyin

Magazin2

Hollivudun cazibədar aktrisası: “Həzz almaq daha çox xoşuma gəlir” - FOTOLAR

Bir çox ulduzlar ideal bədən quruluşuna sahib olmaq və onu qorumaq üçün saatlarla trenajor zallarında və ya evdə xüsusi məşqçiləri ilə idman edirlər.

Amma Cessika Alba onların sırasına daxil deyil. 34 yaşlı aktrisanın sözlərinə görə, uşaqların doğumundan sonra o, idmanla məşğul olurdu, lakin indi boş vaxtında daha xoş və sakit işlər görməyə üstünlük verir.

O, xarici mətbuata verdiyi açıqlamada daha əvvəlki kimi idman etmədiyini deyib: “Mən uşaqlarım dünyaya gələndən sonra idmanla çox məşğul olurdum, lakin zaman keçdikcə bundan zövq ala bilmədim. Gərgin günün sonunda öz rəfiqələrimlə saatlarla söhbət etmək və ya televizorda nəyəsə baxmaq, bir qədəh şərabdan həzz almaq daha çox xoşuma gəlir.

Qaçış lentində qaçmaq mənə daha elə də parlaq ideya kimi görünmür. Mən övladlarım ilə daha çox vaxt keçirməyə çalışıram. Yeganə etmək istədiyim şey də budur”.

Bundan başqa, o qeyd edib ki, plastik cərrahiyyə etdirmək kimi fikri yoxdur. Lakin Cessika plastik cərrahiyyə əməliyyatının əleyhinə deyil. O müsahibədə “Bir çox qadınlar uşaq anadan olan kimi genetik səbəblərdən dolayı yaranan sallanmış dərini bərpa etmək üçün cərrah masasına və bıçaq altına yatırlar, çünki onlar mövcud problemdən başqa yolla qurtarmaq bilmirlər. Amma mən 40 yaşında da çəkinmədən bikini geyinmək və seksual görünmək istəyirəm...” - deyib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm