Dəb ilahəsi İrina Şeyk - FOTOLAR
Bizi izləyin

Magazin2

Dəb ilahəsi İrina Şeyk - FOTOLAR

68-cü Kann kinofestivalı çərçivəsində dünən qonaqlar üçün ənənəvi xeyriyyə “amfAR Cinema Against AIDS Gala” tədbiri keçirilib. Gecədə ulduzlar QİÇS-lə mübarizədə vəsait yığılması üçün toplanıblar.

Xeyriyyə tədbirində Diana Kryuger, Tom Ford, Sienna Miller, Adriana Lima, Devid Qandi, Karli Kros, İrina Şeyk, Edrian Broidi və digər ulduzlar iştirak ediblər.

Qonaqların əksəriyyəti bu moda evlərindən geyiniblər: “Calvin Klein”, “Saint Laurent”, “Dior”, “Versace”, “Jean Paul Gaultier”, “Zuhair Murad”, “Chanel”, “Marchesa”, “Georges Hobeika”, “Ulyana Sergeenko”, “Tom Ford”, “Elie Saab” və s. Ulduzlar bu moda evlərində həqiqətən də çox təmtəraqlı görünürdülər.

29 yaşlı rus gözəli İrina Şeyk gecənin ən çox diqqətçəkən ulduzu idi. O, “Versace”-dən olan zümrüd yaşılı ziyafət libasında həqiqətən də dəb ilahəsi kimi görünürdü.

Gecədə iştirak edən qonaqların fotolarını təqdim edirik:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm