Amal Alamuddin Corc Klunini kimə qısqandı?
Bizi izləyin

Magazin2

Amal Alamuddin Corc Klunini kimə qısqandı?

Hollivudun ən xarizmatik aktyorlarından biri olan Corc Kluninin həyat yoldaşı Amal Alamuddinlə bağlı maraqlı dedi-qodular yayılıb. ABŞ mətbuatında yer alan xəbərlərə görə, Amal həyat yoldaşını aktrisa Culiya Robertsə qısqanır.

Hazırda yeni filmi “Money Monster”in çəkilişləri üçün gününün böyük bir hissəsini tərəf müqabili Culiya Robertslə keçirən Corc Kluninin evində tez-tez söz-söhbət yaranır.

Amal Alamuddin ərini o qədər qısqanır ki, kiçik bəhanələr taparaq tez-tez çəkiliş meydanına baş çəkir. Hətta bir dəfə anası Baria, atası Rəmzi və bacısı Taliya ilə onun sevgilisini də götürüb Corcun görüşünə gedib.

Deyilənə görə, bu ziyarətlər zamanı Corc Kluni ən az 1-2 saatını arvadına ayırmalı olduğu üçün filmin çəkilişləri uzanır. Bu isə aktrisa Culiya Robertsi əməlli-başlı əsəbiləşdirir. Culiya Roberts bir neçə dəfə Corc Kluniyə xəbərdarlıq edərək arvadının onun işinə qarışmasının yol verilməz olduğunu bildirib. Ancaq Corcun əlindən heç nə gəlmir.

Qeyd edək ki, Amalın Hollivud ulduzlarını xoşlamadığı, Corcu həkmarlarından uzaqlaşdırmağa çalışdığı haqda söz-söhbətlər gəzir. Hətta Corc Kluninin ən yaxın dostu Bred Pitt ilə də arası məhz Amala görə pozulub.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm