Cennifer Lopezin çılpaq obrazları - FOTOLAR
Bizi izləyin

Magazin2

Cennifer Lopezin çılpaq obrazları - FOTOLAR

Müğənni Cennifer Lopezin hər bir çıxışı mətbuatda ciddi rezonans doğurur. Ceylo bu ənənəsinə yenə sadiq qalıb. Belə ki, müğənni “Billboard Music Awards” mərasiminə geyindiyi libasla tamaşaçılara yüngül şok effekti yaşadıb. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, gecəyə açıq “Charbel Zoe” moda evinə aid olan açıq geyimdə təşrif buyurub və gecənin ən parlaq obrazlarından biri olub.

İfaçı qırmızı xalı üzərindən keçərkən fotoqraflara pozalar verib. Xatırladaq ki, Ceylo alt paltarı geyinməyib. Yarım şəffaf libasın ancaq strateji baxımdan mühüm yerləri naxışlarla örtülüb.

Yeri gəlmişkən, qeyd edək ki, Ceylo daha sonra iki həftə əvvəl Kostyum İnstitutunun təşkil etdiyi bala analoji ultraseksual paltarda gəlmişdi. Müğənninin cazibəsini effektli şəkildə vurğulayan bu paltar isə “Versace” moda evindən idi.

Ümumiyyətlə, Ceylo onun seksuallığını vurğulayan paltarları ilə seçilir. O, cəsarət tələb edən ən riskli dekolteləri öz üzərində sevə-sevə nümayiş etdirir. Kim Kardaşyan, Rita Ора və Niki Minaj kimi ulduzlardan fərqli olaraq, balansı qorumağa çalışır.

Biz müğənninin son illərdə ən yaddaqalan çıxışlarını xatırlamağı təklif edirik:

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm