Ölümündən 22 gün öncə çəkilmiş FOTOLARI
Bizi izləyin

Magazin2

Ölümündən 22 gün öncə çəkilmiş FOTOLARI

Müğənni, aktrisa Merilin Monronun ölümündən 22 gün öncə çəkdirdiyi fotoları iyunun 4-də Londonda hərracda satılacaq. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Santa-Monika çimərliyində çəkilmiş fotoların dəyəri 8 min funt qiymətləndirilir.

Əfsanəvi aktrisanın şəkilləri onun fotoqraf dostu, Corc Barris tərəfindən 1962-ci ilin iyulun 13-də, yəni, onun ölümündən 22 gün əvvəl çəkilib. Əvvəlcə Corc onun haqqında kitab buraxmaq istəyirdi, lakin Merilinin ölümündən sonra bu istəyindən vaz keçir. O, fotoları 25 il saxladıqdan sonra ictimaiyyətə təqdim edib.

Corc Barris yalnız 2001-ci ildə aktrisa haqqında kitab buraxıb: "Merilinin ən çox sevdiyim xüsusiyyəti onun özünü kinoulduz kimi aparmaması idi. O, həmişə nəzakətli idi, onunla ünsiyyət rahat idi. Əlbəttə, o, gözəl və seksual idi. Amma onda uşaq məsumluğu da var idi.

Banu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm