Türkiyə gözəlinin sevgilisinin kim olduğu bəlli oldu – FOTOLAR
Bizi izləyin

Magazin2

Türkiyə gözəlinin sevgilisinin kim olduğu bəlli oldu – FOTOLAR

Bülent İnal və Melis Tüysüz cütlüyü dünən axşam evliliklərinin dördüncü ilini qeyd edib. Cütlüyü bu gözəl gündə yaxın dostları tək qoymayıb. Cütlük evliliklərini yaxın dostları Buğra Gürsoy və onun sevgilisi Nilüfer Gürbüz, Amine Gülşe, Serhat Teoman və Burak Yamantürklə birlikdə qeyd ediblər.

Cütlük dostları ilə birlikdə çəkilən şəkillərini “İnstaqram” bloqunda paylaşıblar. Melisa İnal "Həyatımda tanıdığım ən mükəmməl insan, verdiyim ən doğru qərar! Canım sevgilim səni sevirəm!" yazıb.

Bülent İnal da xanımına "Mənim gözəl sevgilim. Bil ki, ömrüm boyu gözəlliyinin xəstəsiyəm. Evliliyimiz 4-cü ili mübarək olsun, səni çox sevirəm!" yazıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gecədə Türkiyəli gözəli Amine Gülşenin sevgilisinin kim olduğu bəlli olub. Amine Gülşenin yaraşıqlı aktyor Serhat Teomanla görüşdüyü məlum olub. Məkandan birlikdə çıxan cütlük jurnalistlərin suallarını cavabsız qoyublar.

Gülşenin əvvəllər “Əsla vaz keçmərəm” serialındakı tərəf müqabili Tolqahan Sayışmanla sevgili olduğunu deyilirdi.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm