Enrike İqlesias səhnədə yaralandı – FOTOLAR
Bizi izləyin

Magazin2

Enrike İqlesias səhnədə yaralandı – FOTOLAR

Dünyaca məşhur müğənni Enrike İqlesias Meksikada verdiyi konsert zamanı səhnədə əlindən yaralanıb.

Müğənninin əli konserti qeydə alan kameralı kiçik helikopterə çırpılıb. Tamaşaçıların gözü önündə bir anda al-qana boyanan müğənniyə ilk yardım edilib və əli sarğıya alınıb.

12 min nəfərin izlədiyi konsertinə davam edən müğənninin qanı kəsilməyib və o mahnılarını yaralı halda oxumağa davam edib. Bir müddət sonra həm əlindəki sarğı, həm də geyimləri qana boyanan Enrike konserti çətinliklə də olsa başa vurub. Müğənni konsertdən sonra dərhal Los- Ancelesdakı xəstəxanalardan birinə aparılıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm