Alişan Çağla Şikelə "dul" dedi - VİDEO
Bizi izləyin

Magazin2

Alişan Çağla Şikelə "dul" dedi - VİDEO

Birlikdə səhər proqramını aparan model Çağla Şikel ilə Alişan canlı yayımda gərgin anlar yaşayıblar. Buna səbəb isə Alişanın Çağla ilə yersiz zarafatı olub. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Alişan həyat yoldaşından bu yaxınlarda boşanan Çağla Şikelə "dul" deyib.

Verilişdə Çağla Şikel əvvəlcə Alişanın doğum gününün yaxınlaşdığını xatırladıb və ona “Utanmasan, 40 yaşın olacaq” - deyib. Alişan isə cavabında Çağla Şikelə “36 yaşın var, 2 uşaq anasısan və dulsan” - deyib. Alişanın yersiz zarafatı Çağla Şikeli qəzəbləndirsə də, vəziyyətdən gülərək çıxmağa çalışıb.

Daha sonra Çağla “Bu məsələ ilə bağlı zarafat etməyin heç xoş deyil. Əvvəl özünə bax, sonra danış. Əsəblərimi pozma və məni cin atına mindirmə!” - deyib və əlindəki kağızları Alışanın başına vurub.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm