“Ledi Qaqa məni təkrarlayır” - FOTOLAR
Bizi izləyin

Magazin2

“Ledi Qaqa məni təkrarlayır” - FOTOLAR

Musiqi karyerasına başlamasının 15-ci il dönümünü qeyd edən müğənni Handə Yenər bu münasibətlə “SES Dergisi”nə maraqlı müsahibə verib.

Gözəl müğənni dünyaca məşhur pop ulduz Ledi Qaqanın onu təqlid etdiyini açıqlayıb:

“Mən “Kibir”, “Romeo” və "Hipnoz” mahnılarımı oxuyanda Ledi Qaqa deyə biri yox idi. Musiqi və geyim tərzimlə fərqli idim. Ledi Qaqa məndən sonra çıxdı”.

Müğənni jurnal üçün etdirdiyi fotosessiya zamanı iddialı pozalar verib. Qara rəngli, balıq siluetli geyimi ilə su pərisini xatırladan ulduz zamanı dondurduğunu və gənc görünməkdən zövq aldığını vurğulayıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm