• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Cennifer Lopezin şousu ölkəni qarışdırdı - FOTOLAR

  • Magazin2
  • 3 İyun 2015 00:50
  • 871 Baxış
Cennifer Lopezin şousu ölkəni qarışdırdı - FOTOLAR

Mərakeşdə baş tutan musiqi festivalında səhnəyə çıxan pop ulduz Cennifer Lopezin möhtəşəm şousu ölkəni qarışdırıb.

Lopezin ehtiraslı rəqsləri və cəsur geyimi ilə diqqət çəkdiyi konsert ölkənin əsas kanalında canlı yayımlanıb. Bu da ölkədəki müsəlman kütlənin etirazına səbəb olub.

Millət vəkili Mustafa Halfi Cey Lonun səhnə şousunun televiziya yayımı qaydalarına uyğun olmadığını açıqlayıb. Mediada da Cey Lonun açıq-saçıq geyimi və ehtiraslı rəqsi əməlli başlı səs-küyə səbəb olub.

Ancaq hökumətin və medianın bu reaksiyasına baxmayaraq, festivala rekord sayda tamaşaçı qatılıb. Cey Lonu səhnədə düz 300 min tamaşaçı izləyib.

Xatırladaq ki, ötən il festivala ümumilikdə, 2.6 milyon musiqisevər qatılmışdı.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR