İspaniya kraliçası fransızları eleqantlığı ilə fəth etdi - FOTOLAR
Bizi izləyin

Magazin2

İspaniya kraliçası fransızları eleqantlığı ilə fəth etdi - FOTOLAR

İspaniya kralı ilə kraliçasi Fransaya səfər edib. Kraliça Letisiya zərif üslubu ilə hətta fransızların da qəlbini fəth edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya kraliçası Letisiya və kral VI Filipp Parisdə olduğu ilk gün Yelisey sarayında ölkə prezidenti Fransua Ollandla görüşüblər. Daha sonra onlar ispan rəssamı Diyeqo Velaskesin Böyük sarayda açılan rəsm sərgisində iştirak ediblər. Səfər çərçivəsində kraliça Fransanın baş naziri Manuel Valsla və Senatın sədri Jerar Larşe ilə təntənəli qəbulda olub.

Səfər boyu Kraliça Letisiya həm də zərif geyim üslubu ilə həm ölkənin birinci şəxslərinin, həm də əhalinin qəlbini qazana bilib. Səfər müddətində o, beş geyim dəyişib. Əvvəlcə bej tonlarında qəşəng ansamblla, daha sonra isə göy və tünd-qırmızı ziyafət paltarıyla diqqət çəkib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm