Cenifer Lopez detektivlik edəcək - FOTOLAR
Bizi izləyin

Magazin2

Cenifer Lopez detektivlik edəcək - FOTOLAR

Bu qış NBC telekanalı “Göyün çalarları” adlı serialın nümayişinə başlayacaq. Serialda baş rollardan birini Cennifer Lopez ifa edəcək. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı müğənni detektiv və tənha ana Harli Santos obrazını canlandıracaq.

Məlumatlara görə, məşhur aktyor Rey Liotta da serialda rol alıb və hekayənin əsas qəhrəmanlarından birinin obrazını yaradacaq. O, serialda leytenant Bill Boznyak rolunda olacaq.

Serialda sevgi, güvən, şərəf və satqınlıq məsələləri ön plana çəkilib.

“Yaxşı adamlar mütəmadi olaraq şübhəli addımlar atır. Hərdən düzgün olmayan bir qərar yerində atılmış addıma çevrilir. Problem əslində daxili mübarizədədir. Hər kəs vicdanının yol verdiyi qədər qərarlar ala bilir. Sevdiyin insana görə hansı addımları ata biləcəyinə də məhz vicdanın qərar verir” – aktrisa canlandırdığı obraz haqda bunları deyib.

Xatırladaq ki, Cennifer üçün serialda çəkilmək yenilik deyil. Müğənni aktyorluq karyerasına elə seriallardan (“Parlaq rənglərdə” və “Otel Malibu”) başlayıb. O, hüquqmüdafiəçisi obrazında da ilk dəfə çıxış etmir. 2001-ci ildə “Mələyin gözləri” filmində Lopez artıq polis obrazını canlandırıb.

Qeyd edək ki, yeni serialda aktrisa təkcə baş rolu canlandırmayacaq. O, həm də ekran işinin icraçı prodüseri olacaq.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm