Conni Depp kimi sirrli və xarizmatik olmaq üçün... - FOTOLAR
Bizi izləyin

Magazin2

Conni Depp kimi sirrli və xarizmatik olmaq üçün... - FOTOLAR

Hollivudun ən yaraşıqlı aktyorlarından biri olan Conni Depp “Christian Dior”un təqdim etdiyi yeni ətrin reklam siması olub.

Bu günə kimi moda evlərindən gələn reklam təkliflərinin heç birini qəbul etməyən 52 yaşlı ulduz ilk dəfədir ki, bir marka ilə müqavilə imzalayır.

“Dior”un yeni ətrini qoxulayanlar sima olaraq Conninin seçilməsini çox uğurlu addım hesab edirlər. Çünki deyilənə görə, yeni ətrin qoxusu sirrli, seksual kişidən xəbər verir, eynilə Conni Depp kimi.

Qeyd edək ki, “Dior”un kişilər üçün istehsal etdiyi ətirləri daha öncə Alen Delon, Cud Lou, Robert Pettinson kimi ən xarizmatik kişilər reklam edib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm