Bu qızın ayaqları... - FOTOLAR
Bizi izləyin

Magazin2

Bu qızın ayaqları... - FOTOLAR

Çində yaşayan 20 yaşlı model uzun və qorxulu ayaqlarına görə məşhur olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Donq Ley adlı qızın ayaqlarının uzunluğu 114 santimetrdir. Bu isə çinli 7 yaşlı qızın orta boyunun göstəricisidir. 1,80 metr boya malik olan qız Çinin Anhoy əyalətində yaşayır.

Donq bu yaxınlarda qatıldığı “Supermodel” proqramında öz bədən forması ilə jüriləri heyrətləndirib. Hətta tamaşaçılardan biri Donqun ayaqlarının həqiqiliyinə inanmayıb. Donqun 16 yaşı olarkən anası onu pis yerişinə görə etiket dərslərinə yazdırıb. O, hündür boyuna görə valideynlərinə minnətdardır, çünki çinli qızın ata-anasının boyu 170 santimetrdən çoxdur.

Donq valideynlərinin istəyi ilə universitetə daxil olaraq pedaqoji təhsil alıb. Lakin təhsil müəssisini bitirdikdən sonra Donq adını model agentliyinə yazdırıb. “Supermodel” verilişindən sonra ölkədə məşhur olan Donqa “tui tui” yəni, “uzun ayaqlar” təxəllüsü qoyulub.

Qeyd edək ki, dünyanın ən uzun ayaqları rusiyalı basketbolçu Svetlana Pankratovaya məxsusdur. O, 132 santimetr uzunluqda olan ayaqları ilə Ginnesin Rekordlar kitabına düşüb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm