Ukraynanın ən gözəl bədənli qızı - FOTOLAR
Bizi izləyin

Magazin2

Ukraynanın ən gözəl bədənli qızı - FOTOLAR

Rusiya şou-biznesinin seks simvolu hesab olunan əslən ukraynalı ifaçı Vera Brejneva çimərlik geyimlərinin reklam kampaniyasında çəkilib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni “Calzedonia” italyan çimərlik geyim brendinin yeni kolleksiyasının siması olub.

Müğənni reklam kampaniyasında iştirak edərək, çimərlik geyimlərindən ibarət kapsul kolleksiyasının fotosessiyasında çəkilib. Fotosessiya Türkiyənin beş ulduzlu hotellərinin birində baş tutub.

Fotolarda Vera birrəngli və tropik printli çimərlik geyimlərinin müxtəlif modellərini nümayiş etdirir.

Xatırladaq ki, ifaçı dəfələrlə həm Rusiyanın, həm də Ukraynanın seks-simvolu seçilib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm