Miranda Kerrin parlaq dərisinin sirri - FOTOLAR
Bizi izləyin

Magazin2

Miranda Kerrin parlaq dərisinin sirri - FOTOLAR

“Victorias Secret”-in keçmiş mələyi Miranda Kerr dəri gözəlliyi sirrinin yaşıl çay olduğunu açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cazibədar model gözəlliyini həftədə bir dəfə evdə hazırladığı yaşıl çaylı buxar vannası ilə qoruyur. O, dərisinin yaşıl çay içərisindəki antioksidantlar sayəsində parlaq olduğunu bildirib.

Yaşıl çayı hər kəsin gördüyü kimi içmək əvəzinə buxar vannası qəbul etməyi tövsiyə edib.

Bunun üçün Miranda Kerr bir kasaya isti su və yaşıl çay paketləri qoyur və üzünü buxarın üzərində tutur. Başının üstünə isə dəsmal atır. Bunun sayəsində buxar dərinə nüfuz edir və dərini gözəlləşdirir.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm