Şon Penn özündən 15 yaş kiçik sevgilisindən ayrıldı - FOTOLAR
Bizi izləyin

Magazin2

Şon Penn özündən 15 yaş kiçik sevgilisindən ayrıldı - FOTOLAR

Xarici KİV-in məlumatına görə, Hollivudun ən məşhur cütlüyü Şarliz Теron və Şon Penn ayrılıblar.

Məlumatlara görə, onların münasibətləri Kann kinofestivalı zamanı pozulub. Ayrılığın təşəbbüskarı isə aktrisa olub. Hələlik, məlumat təsdiqlənməyib. Belə ki, jurnalistlərin bununla bağlı aktrisanın rəsmi nümayəndəsinə müraciətləri hələlik cavabsız qalıb.

Xatırladaq ki, Şarliz Teronla Şon Penin münasibətləri 2014-cü ilin əvvəllərindən məlum olub. Ötən il dekabrın sonunda isə cütlüyün gizli nişanlandığı barədə şayiələr yayılmışdı. Güman edilirdi ki, toy mərasimi bu ilin avqustunda keçiriləcək. Bundan başqa, 2015-ci ilin yanvarında Şon Pennlə Şarlz övladlığa uşaq götürüb.

Qeyd edək ki, ayrılıq xəbəri cütlüyün verdiyi müsahibələrin fonunda çox gözlənilməzdir. Belə ki, Şon Penn müsahibələrində dəlicəsinə aşiq olduğunu və yenidən evlənmək istədiyini, Şarliz isə yenidən övladlığa uşaq götürməyə hazır olduğunu bildirirdi.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm