Britaniya şahzadəsi keçmiş sevgilisi ilə nişanlanıb - FOTO
Bizi izləyin

Magazin2

Britaniya şahzadəsi keçmiş sevgilisi ilə nişanlanıb - FOTO

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı Uels şahzadəsi Harri keçmiş sevgilisi 26 yaşlı Kressida Bonas ilə gizli şəkildə nişanlanıblar.

Xatırladaq ki, şahzadə Harri bu yaxınlarda verdiyi müsahibəsində ailə qurmağa hazır olduğunu, lakin hələlik təkcə həyat yoldaşı deyil, həm də kral ailəsi üçün münasib ola biləcək bir qız olmadığını etiraf etmişdi.

Kral ailəsinə yaxın olan mənbənin sözlərinə görə, Kressida Şahzadə Çarlz, Uilyam və Keytin xoşuna gəlir, amma kraliça qıza qarşı ehtiyatla yanaşır. Belə ki, o, II Yelizavetanı cəlb etmir, həm də onun aktyor karyerasını dəstəkləmir.

Xatırladaq ki, britaniyalı Kressida şahzadə ilə 2012-ci ilin əvvəlində xeyriyyə marafonunun finişində tanış olub. Həmin ilin sentyabrında sevgililər kinoteatrda yerli jurnalistlər tərəfindən görüntülənmişdi.

Qeyd edək ki, şahzadə Harri ilə Kressida ötən ilin aprelində ayrılmışdılar.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm