• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hülya Avşar milli geyimdə - FOTOLAR

  • Magazin2
  • 19 İyun 2015 21:50
  • 556 Baxış
Hülya Avşar milli geyimdə - FOTOLAR

Türkiyəylə birlikdə dünyanın 50 ölkəsində on milyonlarla tamaşaçının rəğbətini qazanan, qlobal ekran fenomeni halına gələn “Möhtəşəm 100 il” serialını çəkən “TIMS Productions” şirkəti indi də Osmanlı tarixi və xanədanına damğa vuran Kösem Sultan haqqında film çəkir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kosem Sultan” serialının rejissorluğunu Teymur Savcı edir. Serial 14 yaşında evindən qaçırılan Anastasyanın Osmanlı İmperiyasının başına keçməsindən bəhs edir. O, əvvəlcə kişilərə, sonra bütün dünyaya hökm oxuyur. Serialda onun imperatriçəyə çevrilməsini əks etdirən hadisələr ekranlaşdırılacaq.

"Möhtəşəm 100 il-Kösem"-in ilk adları bəlli olub. Serialda Safiyə Sultan rolunu heyranedici gözəlliyi və parlaq zəkası ilə tanınan aktrisa Hülya Avşar oynayacaq. "Möhtəşəm 100 il-Kösem" serialında Türkiyə tarixinin ən güclü qadınlarından biri Safiyə Sultanı canlandıran Hülya Avşarın milli geyimlərdə fotoları çəkilib. Aktrisanın yeni çəkilən fotolarını təqdim edirik:

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR