• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Yaraşıqlı aktyor xəstəxanalıq oldu - FOTOLAR

  • Magazin2
  • 22 İyun 2015 20:58
  • 593 Baxış
Yaraşıqlı aktyor xəstəxanalıq oldu - FOTOLAR

Türkiyənin ən yaraşıqlı və populyar aktyorlarından olan Kərəm Bürsin xəstəxanaya düşüb. Amerika tətilindən qayıdan aktyor özünü pis hiss etdiyi üçün dərhal “Maslak Acıbadem xəstəxana”sına müraciət edib.

Həkimlər 28 yaşlı aktyora “jet-lag” (uzun müddətli uçuşların səbəb olduğu bioloji ritmin pozulması) diaqnozu qoyublar. Aktyora müalicə təyin olunub və ev şəraitində istirahət tövsiyə edilib.

Qeyd edək ki, jurnalistlər aktyorun şəkillərini xəstəxanada çəkməyə müvəffəq olublar.

Publika.az Kərəm Bürsinin fotolarını təqdim edir:

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR