Məşhur müğənni yaraşıqlı sevgilisindən ayrıldı - FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhur müğənni yaraşıqlı sevgilisindən ayrıldı - FOTOLAR

Xarici KİV-in məlumatına görə, Britni Spirslə yazıçı və prodüseri Çarli Ebersolun arasındakı sevgi romanı bu yaxınlarda sona çatıb.

Yaxın mənbələrdən mətbuata bildirilib ki, cütlük münasibətlərinin səkkiz ayından sonra yollarını ayırıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onların ayrılma səbəbləri naməlum olaraq qalır.

Qeyd edək ki, Spirsin mətbuat nümayəndələri sevgilisindən ayrılmalarını hələ ki, rəsmi şəkildə təsdiq etməyiblər. Lakin Britni Spirs bu yaxınlarda sosial şəbəkədə sevgilisi ilə şəklini paylaşmışdı.

Britni Spirs və Çarli Ebersolanın münasibətləri ötən ilin noyabrında başlayıb. Yanvarda isə cütlük uşaq dünyaya gətirmək haqqında düşünürdülər.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm