Demet Akalın qızı ilə ilk dəfə obyektivə tuş gəldi – FOTOLAR
Bizi izləyin

Magazin2

Demet Akalın qızı ilə ilk dəfə obyektivə tuş gəldi – FOTOLAR

Məşhur müğənni Demet Akalın 16 aylıq qızı Hira ilə ilk dəfə paparassilərə tuş gəlib.

Publika.az xəbər verir ki, ötən gün həyat yoldaşı Okan Kurt, qayınanası, qayınatası ilə birlikdə şam edən müğənni restorandan çıxarkən jurnalistlərin qızını çəkməklərinə maneə olmayıb. Ancaq Hiranın kameranın işığından çox qorxduğunu bildirərək jurnalistlərdən bunu nəzərə almaqlarını xahiş edib.

Qeyd edək ki, nəzərdən çox qorxduğunu hər fürsətdə dilə gətirən Demet Akalın bu günə kimi qızının üzünü göstərməməyə çalışıb. O, hətta sosial şəbəklərdə paylaşdığı fotolarda belə qızının üzünü gizlədib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm