Məşhur müğənni Sezen Aksunu şantaj etdi - FOTO
Bizi izləyin

Magazin2

Məşhur müğənni Sezen Aksunu şantaj etdi - FOTO

Yeni albomu “Brilyant” (“Pırlanta”) ilə musiqi dünyasına səs-küy salan müğənni Demet Akalın olduqca maraqlı açıqlamalar edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni albomdakı Sezen Aksu imzalı “Gözləyə bilmədin?” (“Bekleyemedin mi?”) adlı mahnını almaq üçün şantaja əl atıb:

"Mahnını dinləyən kimi qaçaraq Sezen Aksunun evinə getdim. Dizinin dibində oturdum. Dedi ki, qızım, bu mahnını başqasına söz vermişəm, sənə verə bilmərəm. Mən də onu özümü 3-cü körpüdən atmaqla təhdid etdim. Axırda təngə gəlib mahnını oxumağımı istədi. Oxudum, yanıma gəldi, qolunu göstərərək “bu tüklər boş yerə biz-biz olmaz” dedi. Beləliklə, mahnı mənim oldu”.

Demet Akalın Sezen Aksunun albomda bəyəndiyi mahnıların adını da açıqlayıb:

“Albom çıxan gün Sezen Aksu zəng etdi. Ürəkdən təbrik etdi. Albomu dinlədiyini, “Günaydın, abla” adlı mahnını çox bəyəndiyini bildirdi. “Kölgə” və “Dərs olsun” da bəyəndiyi mahnılardan olub. Sezen Aksunun dilindən bunları eşitmək məni çox xoşbəxt etdi”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm