Türkiyə tarixində ilk: Teleaparıcı ayda 1,1 milyon alacaq
Bizi izləyin

Magazin2

Türkiyə tarixində ilk: Teleaparıcı ayda 1,1 milyon alacaq

Türkiyə televiziya tarixində indiyədək ən bahalı büdcəsi olan verilişin adı məlum olub.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Esra Erol ölkənin ən bahalı televiziya aparıcısı kimi ölkə tarixinə düşüb. Belə ki, Türkiyənin "Fox" TV-dən ATV-yə keçən Esra Erol ayına 1 milyon 100 min lirə alacaq.

Türkiyənin ən bahalı verişi hesab olunan "Esra Erolla izdivac" adlı verilişin ssenari müəllifi də aparıcının həyat yoldaşı Əli Özbirdir.

Artıq 8 ildir ki, ekranlarda olan Esra Erol yeni sezonda günü 50 min lirəyə ATV ilə müqavilə imzalayıb. Veriliş ayda 22 gün efirdə yayımlanacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm