Magazin2
Dünyanın ən seksual vegetarianın adı açıqlandı
“Heyvanlarla etik davranış uğrunda” təşkilatı (PETA- People for the Ethical Treatment of Animals) dünyanın ən seksual vegetarianın adını açıqlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, təşkilatın fikrincə, ən seksual vegetarian 23 yaşlı Amerika müğənnisi Mayli Sayrusdur.
PETA-nın rəsmi saytında bildirilib ki, Sayrus istifadə etdiyi bitki qidasının şəkillərini “Instagram” hesabında daim dərc edərək vegeterian həyat tərzinin populyarlaşmasına böyük töhfə verib. Qeyd edilir ki, müğənni heyvanları çox sevir. Onun tikdirdiyi heyvan sığınacağında bir neçə it, pişiklər və donuz balası yaşayır.
Təşkilat 2014-cü ildə aktyor və musiqiçi Cared Letonu dünyanın ən seksual vegetarianı seçmişdi.
Vegetarianlar qidalanmada ət, o cümlədən heyvan mənşəli məhsullar olan süd və yumurtadan istifadə etməyən insanlardır. Vegetarianlıq təkcə qida pəhrizi deyil və xüsusi bir həyat tərzindən ibarətdir.
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları