Məşhur türk serialı yeni telekanalda yayımlanacaq - FOTO
Bizi izləyin

Magazin2

Məşhur türk serialı yeni telekanalda yayımlanacaq - FOTO

Türkiyənin bənzərsiz seriallarından olan “Arka sokaklar” növbəti mövsümdən yeni telekanalda yayımlanacaq.

Bəzi media qurumları tərəfindən serialın bu mövsüm final edəcəyi və “Kanal D” ekranlarında son dəfə yayımlanacağı iddia olunurdu. Məsələ ilə bağlı serialın istehsalçı şirkəti “Erler Film” rəsmi açıqlama yayaraq bütün söz-söhbətlərə son qoyub.

Rəsmi açıqlamada “Arka sokaklar”ın növbəti mövsümdən başqa bir televiziya kanalında yayımına davam edəcəyi bildirilir. Eyni zamanda, seriala yeni tanınmış aktyorların da dəvət olunacağı nəzərdə tutulur. Macara-komediya janrında çəkilən bu film yeniliklərlə yenidən tamaşaçıların qarşısına çıxacaq.

Xatırladaq ki, “Arka sokaklar” 9 ildir ki, “Kanal D” ekranlarında yayımlanırdı. Böyük bir komandanın ərsəyə gətirdiyi serialın bu günə kimi 376 seriyası çəkilib. Bu seriyaların hər biri böyük maraq doğurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm