Çox seksual olduğu üçün gözlərinin içinə baxa bilmədi - FOTOLAR
Bizi izləyin

Magazin2

Çox seksual olduğu üçün gözlərinin içinə baxa bilmədi - FOTOLAR

Dünyanın ən seksual modellərindən biri İrina Şeyk türk markasının siması olub. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model çəkilişlər üçün Nyu-Yorkdan İstanbula gəlib.

Fotosessiya tanımış fotoqraf Koray Biranda həvalə olunub. Fotoqraf çəkilişlər və model barəsində “Hurriyet”-ə ətraflı açıqlama verib.

Koray Birand bildirib ki, İrina gəldiyi gün otel otağında dincəlməyə üstünlük verib. Ertəsi gün model studiyaya sadə baletka, cins şalvar və qolsuz köynəkdə gəlib. Koray Birandın sözlərinə görə o, bu geyimdə çox təbii görünürmüş.

Koray Birand İrina haqqında olan fikirlərini belə ifadə edib: “İrinanı bundan iki ay əvvəl Nyu-Yorkda Çininin "Harpers Bazaar” jurnalı üçün çəkmişdim. Əvvəlcə özündənrazı qız olduğunu düşünürdüm. Çəkiliş bitəndə isə model haqqında yanıldığımı anladım. Ona olan hörmətim artdı. Fotolar çox yaxşı alınmışdı. Özü də çox bəyənmişdi, hətta "Həyatımın ən yaxşı kadrları" - demişdi. İki ay sonra onu yenidən görəndə uzun illərin tanışı kimi görüşdük. İrina tanıdığım ən kaprizsiz və inanılmaz peşəkar modeldir. Təbii ki, çox seksualdır. Bədənini, seksuallığını necə istifadə edəcəyini çox yaxşı bilir. Paltarın haqqını verir. Hətta ombasına bir neçə dəfə iynə batdı, amma səsini belə çıxarmadı. Peşəkarlıq budur.

Amma çəkilişdə modelin tərəf müqabili Saşa çətinlik çəkdi. Saşa onun gözünün içinə belə baxmadı. "Gözlərinə baxdıqda itirəm, sanki bir uçurumdan aşağı düşürəm, çünki gözləri çox dərindir" deyirdi”.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm