Madonnanın klipinin kadrarxası görüntüləri yayımlanıb - VİDEO/FOTO
Bizi izləyin

Magazin2

Madonnanın klipinin kadrarxası görüntüləri yayımlanıb - VİDEO/FOTO

Dünya pop musiqisinin kraliçası hesab olunan Madonnanın sonuncu “Bitch I am Madonna” adlı klipi 1 həftədir yayımlanmasına baxmayaraq, hələ də dünya mətbuatının gündəmindədir.

Müğənni özü də ekran işinə marağı artırmaq üçün əlindən gələn bütün imkanlardan istifadə edib.

Klipdən öncə kadrarxası görüntüləri yayımlayan ifaçı, klipə qarşı maraq yaratmağı bacardı.

Madonnanın klipində Beyons, Mayli Sayrus, Keti Peri, Rita Ora, Kanye Uest, Niki Minaj kimi dünya şöhrətli həmkarlarının çəkilməsi isə mahnıya və klip olan marağı birə beş artırıb.

Bu səbəbdən klip 1 həftəyə 27 milyona yaxın baxış sayı yığıb.

Bir neçə saat əvvəl isə ifaçı rəsmi “YouTube” kanalına klipin səhnə arxası görüntülərini yayımlayıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm