Məşhur aktyorun braziliyalı modellə səmimi FOTOLARI yayıldı
Bizi izləyin

Magazin2

Məşhur aktyorun braziliyalı modellə səmimi FOTOLARI yayıldı

Həyat yoldaşından ayrıldıqdan sonra adı bir neçə qızla hallanan Orlando Blumun braziliyalı model Luisa Moraeslə Malibuda öpüşən yerdə fotoları yayılıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük məşhur suşi restoranlardan birində görüntülənib.

Blum və Moraes uzun müddət bir-birlərinin gözlərinin içinə baxaraq söhbət ediblər. Məşhur aktyor özünü saxlaya bilməyib və tez-tez Moraesin boynunu və dodaqlarından öpüb.

O vaxt restoranda olan bir şahid cütlüyün axşam saat 20:30 kimi restoranda suşi yeyib şərab içdiyini deyiblər. Cütlük restorandan Orlando Blumun avtomobili ilə ayrılıblar.

Xatırladaq ki, Orlando Blum Miranda Kerrdən boşandıqdan sonra fransız aktrisası Nora Arzeneder və Selena Qomez ilə sevgili olduğu yazılmışdı.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm