Donna Karan baş dizayner vəzifəsindən getdi - FOTOLAR
Bizi izləyin

Magazin2

Donna Karan baş dizayner vəzifəsindən getdi - FOTOLAR

Dünən Nüfuzlu Amerika dizaynerlərindən biri və “Donna Karan” moda evinin təsisçisi Donna Karan baş dizayner vəzifəsindən istefa verib. Çünki o, özünü şirkətinin və “Urban Zen” fondunun inkişafına həsr etməyi planlaşdırır. Xatırladaq ki, sözügedən Fond inkişafda olan ölkələrdə, həmçinin ABŞ-da səhiyyə və təhsil məsələləri üzrə ixtisaslaşıb.

Publika.az müasir moda əfsanəsi olan Donna Karanın vaxtilə Rusiyanın “Vogua” jurnalına verdiyi kiçik müsahibəsini təqdim edir.

- Sizin ideal gününüz necə keçir?

- Dənizin və ya çayın sahilində ailən və doğmalarınla birlikdə istirahət etməkdən gözəl nə ola bilər ki?

- Kişilərdə daha çox hansı keyfiyyətləri qiymətləndirirsiniz?

- Qeyri-adi qərarlar qəbul etmək bacarığını və riskə getməyi.

- Bəs, qadınlarda?

- Şəxsi ləyaqət hissini və istənilən şəraitdə özü kimi qalmaq bacarığını.

- Özünüzdə nəyi dəyişmək istərdiniz?

- Sürətli qərarlar qəbul edə bilməməyimi. Düşünürəm ki, bu, bürcümdən asılıdır. Çünki Tərəzi bürcündənəm.

- Şüarınız nədir?

- Geyim problemləri həll edir!

- Sizi gülməyə nə vadar edir?

- Yaradıcılıq prosesinin özü. O qədər gözlənilməzdir ki...

- Əhval-ruhiyyənizi nə yaxşılaşdırır?

- Sakit, həzin musiqi.

- Ən çox sevdiyiniz ifaçı kimdir?

- Barbara Streyzand. Üstəlik, o, mənim köhnə dostumdur.

- Nə olmadan evdən çıxa bilməzsiniz?

- Bodi, lasin, bir də kaşmirdən sviter.

- Sizin ən çox bəyəndiyiniz ayaqqabı markası?

- Bəs, siz necə düşünürsünüz? Əlbəttə, öz şəxsi markam.

- Ən çox bəyəndiyiniz çanta markası?

- O da öz markam.

- Hansı ətirlərdən istifadə edirsiniz?

- “Cashmere Mist”. Çox cazibəli ətirdir. Onların qoxusu ürəyə sərinlik gəririr.

- Ən çox xoşladığınız rəng?

- Qara. Bu rəng güc, qüdrəti ifadə edir. Həm də Nyu-Yorkun rəngidir.

- Nyu-Yorkda ən çox getdiyiniz məkanlar?

- Boş vaxtım olanda böyük məmnuniyyətlə Mərkəzi Parkda gəzirəm. Restoranlara gəldikdə “Da Silvano”-nu bəyənirəm.

- Rusiyanı necə təsəvvür edirsiniz?

- Çox gözəl qadınları və təmtərağa coşqun məhəbbəti olan ölkə kimi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm