Milyarder Rza Zərrabla Ebru Gündəş qanun qarşısında cavab verəcəklər - FOTOLAR
Bizi izləyin

Magazin2

Milyarder Rza Zərrabla Ebru Gündəş qanun qarşısında cavab verəcəklər - FOTOLAR

Ötən il korrupsiya cinayətində adı hallanan və bir müddət həbsdə qalan iş adamı Rza Zərrab ilə həyat yoldaşı Ebru Gündəş mülkiyyətlərində olan tarixi villalarda dəyişiklik etdikləri üçün 5 ilə qədər həbs oluna bilərlər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, villalarda edilən dəyişiklik və oradakı lift dağıdılaraq əvvəlki halına gətiriləcək. İstanbul 6 nömrəli Mədəniyyət Nümunələrini Qoruma heyəti tarixi villaların layihəyə uyğun hala gətirilməsinə qərar verib.

Zərrab ailəsi Osmanlı dövründə inşa edilən və 1970-ci ildə ikinci dərəcəli tarixi eksponat kimi dövlət qeydiyyatına alınan villalarda təmir işinə ötən il başlayıb. İstanbul 6 nömrəli Mədəniyyət Nümunələrini Qoruma heyəti tarixi villaların orijinalını tədqiq etdikdən sonra yenidənqurma layihəsinə razılıq verib. Layihə daha sonra Boğaziçi Abadlıq İdarəsinə göndərilib. Yenidənqurma layihəsi orada da qəbul olunub.

Ancaq təmir bitəndə tarixi villada tamamilə başqa dəyişikliklər edildiyi məlum olub. Boğaziçi Abadlıq İdarəsi ictimaiyyətdə səslənən iddialarla bağlı villada araşdırma aparıb. Tədqiqatda uyğunsuzluqların olduğu aşkar edilib. Villalarda təsdiq olunmuş layihədə olmayan çoxlu dəyişikliklər edildiyi məlum olub.

Türkiyə qanunlarına əsasən, villalarda edilən dəyişikliyə görə, Zərrab haqqında cinayət işi açıla bilər. Cinayət işi açılsa, ailəni 2 ildən 5 ilə qədər həbs cəzası gözləyir. Üstəlik, pul cəriməsi də ödənilməlidir.

Zərrab ailəsi qeydiyyatdan keçmiş tikililəri əvvəlki hallarına qaytarsa belə, qanunun nəzərdə tutduğu cəzadan xilas olmaları olduqca çətindir. Hüquqşünaslar "Adamı yaralayıb daha sonra mən onu müalicə etdirəcəyəm, köhnə sağlamlığına qovuşduracağam demək, yaralayan şəxsi qanun qarşısında məsuliyyətdən qurtarmaz" - deyiblər.

Xatırladaq ki, iş adamı Rza Zərrab ağ rəngdə olan villanı öz adına alıb, sarı olanı isə 2011-ci ildə həyat yoldaşı Ebru Gündeşə doğum hədiyyəsi olaraq vermişdi.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm