• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

2015-ci ilin ən çox satılan albomlarının adı açıqlanıb

  • Magazin2
  • 6 İyul 2015 12:45
  • 442 Baxış
2015-ci ilin ən çox satılan albomlarının adı açıqlanıb

“Media Traffic” şirkəti ilk altı ay üçün kommersiya baxımından ən uğurlu albomların adlarını açıqlayıb. Dünyada albom satışının hesabatı ilə məşğul olan şirkət 2015-ci ilin ilk 6 ayının başa çatması ilə əlaqədar ilin ilk yekunlarının hesabatını aparıb. Hesabat göstərib ki, ilk yeri Amerikanın kantri ifaçısı Teylor Svift tutub. İfaçının “1989” adlı albomu 2014-cü ildə çıxmasına baxmayaraq, bu il də liderliyini qoruyub saxlayıb. 2015-ci ilin ilk altı ayı ərzində albom 2 milyon 944 min tirajla satılıb. Ümumilikdə isə “1989” adlı albom 8 milyon 600 min tirajla satılıb.

İkinci və üçüncü yerdə bərqərar olan albomlar da ötən ildə işıq üzü görən disklərdir.

Ed Şiranın “X” və Sem Smitin “İn the lonely hour” albomları 2 milyon nüsxədən çox satılıb.

Ən məşhur saundtrek isə “Bozun əlli çaları” olub. Mahnı 1 milyon 500 mindən çox satılıb.

Pop kraliça Madonnanın “Rebel Heart” albomu isə siyahıda 19-cu pillədədir. Albom 753 min tirajla satılıb. Satışın belə aşağı olmasını əksəriyyət müğənninin albomunun çıxışına 1 ay qalmış hakerlər tərəfindən oğurlanaraq internetdə yayılmasını göstərirlər.

Publika.az 201 5-ci ilin ilk 6 ayı ərzində dünyaya ən çox satılan albomların siyahısını təqdim edir.

1. Taylor Svift “1989” (2,944,000)

2. Ed Şiran “X” (2,565,000)

3. Sem Smit “In The Lonely Hour” (2,408,000)

4. Soundtrack “50 Shades Of Grey” (1,693,000)

5. Megan Trainor “Title” (1,254,000)

6. Dreyk “If You’re Reading This, It’s Too Late” (1,191,000)

7. AC/DC “Rock Or Bust” (1,046,000)

8. Hozier “Hozier” (1,040,000)

9. Soundtrack “Frozen” (1,009,000)

10. Kendrik Lamar “To Pimp A Butterfly” (919,000)

11. Exo “Exodus (incl. ‘Love Me Right’)” (879,000)

12. Marun 5 “V” (864,000)

13. Mumford & Sons “Wilder Mind” (859,000)

14. Soundtrack “Guardians Of The Galaxy” (857,000)

15. Sandaime J Soul Brothers “Planet Seven” (824,000)

16. One Direction “Four” (819,000)

17. Imagine Dragons “Smoke + Mirrors” (803,000)

18. AKB 48 “Koko Ga Rhodes Da, Koko De Tobe!” (796,000)

19. Madonna “Rebel Heart” (753,000)

20. Fall Out Boy “American Beauty / American Psycho” (749,000)

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR