• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Pamela Andersondan Vladimir Putinə açıq məktub - FOTOLAR

  • Magazin2
  • 8 İyul 2015 10:15
  • 682 Baxış
Pamela Andersondan Vladimir Putinə açıq məktub - FOTOLAR

Tanınmış aktrisa və aktivist Pamela Anderson Rusiya prezidenti Vladimir Putinə açıq məktubla müraciət edib. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, siyasətçidən İslandiyadan Yaponiyaya gedən və göyərtəsində 1,7 min ton balina əti olan “Winter Bay” gəmisinin Şimal dəniz yolunun bağlamasını xahiş edib.

Qeyd edək ki, hazırda Norveç limanında olan “Winter Bay” gəmisi 1,7 min ton ət gətirir. Həmin ət balina ovlayan beynəlxalq komissiyanın öldürdüyü balinalardır. Məktubda bu məqamı nəzərə çatdıran müəllif yazır:

“Hörmətli Vladimir Vladimiroviç, mən hesab edirəm ki, biz hər ikimiz heyvanlara qarşı sevgi, təbiətə isə dərin hörmət bəsləyirik və bu səbəbdən mən nəsli kəsilməkdə olan Finval balınalarının adından sizə müraciət etmək istərdim. Norveçin Tromse şəhər limanında olan “Winter Bay” gəmisinin göyərtəsində qanunsuz öldürülən 1,7 min tondan artıq balina əti var. “Winter Bay”in Rusiya sularından keçməsinə icazə verməyin”.

Hələlik Rusiya prezident administrasiyası iyulun 5-də yazılan bu məktubla bağlı heç bir açıqlama verməyib. Ekoloqların məlumatına görə, Sent-Kits və Nevisdə qeydiyyatdan keçən “Winter Bay” gəmisi əvvəllər də göyərtəsindəki qeyri-qanuni mala görə Süveyş və Panma kanallarına buraxılmamışdı. Ekoloqlar və heyvanların hüquqlarını müdafiə edən aktivistlər qeyd edirlər ki, finval balinalarının ovu 1982-ci ildə qadağan edilib. Lakin 2006-ci ildə İslandiya birtərəfli qaydada beynəlxalq razılaşmaları pozub. İndi isə finval balinalarının nəsli kəsilmək üzrədir.

Qeyd edək ki, Pamela Anderson heyvanların və ətraf mühitin qorunmasına verdiyi töhfələrə görə “Qrafinya Cilyo” tituluna layiq görülüb.

Qeyd edək ki, Pamela Anderson, heyvanların hüquqları uğrunda fəal mübarizə aparan ən tanınmış hollivud məşhurlarındandır. Aktrisa əvvəllər "Malibu xilasediciləri" serialında çəkilib, həmçinin Kanadada balina sənayesinə qarşı çıxış edib.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR