70 mindən çox insanın uyuduğu kilsə - FOTOLAR
Bizi izləyin

Bilgi.az

70 mindən çox insanın uyuduğu kilsə - FOTOLAR

Çexiyanın Kutna-Hora şəhərində Sedliç adlı ərazidə yerləşən katolik kilsəsi özünəməxsus dizaynı ilə seçilir. Əbəs yerə kilsəyə "sümük qoruğu" adı verilməyib. İş ondadır ki, kilsə insan skelet və kəllələrindən təşkil olunub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kilsənin içərisində 40,000-70,000 insan qalıqları var. Əsasən bu sümüklər 1318-ci ildə taun xəstəliyi və XV əsrdə baş vermiş Qusçu müharibələri zamanı həlak olan insanlara məxsusdur.

"Kəllə sümüyü kilsəsi" kimi tanınan kilsənin divarlarını bədənindən ayrılmış insan kəllələri bəzəyir. Kilsədə çılçıraqdan tutmuş rəflərə kimi hər yerdə insan kəlləsinə rast gəlmək mümkündür.

Sümüklər əvvəllər kilsənin qəbirstanlığında basdırılsa da, sonradan XV əsrdə onlar qazılaraq çıxarılıb. Çıxarılan sümüklər kilsəyə yığılaraq toplanılıb. 1870-ci ildə ağacişləmə sənəti ilə məşğul olan Frantişek Rint, sümüklərdən dekorasiya kimi istifadə etməyə başlayıb. Kilsə həftənin hər günü ziyarətçilərin üzünə açıqdır və Çexiyaya üz tutan turistlər Sedliç monastırını ziyarət etməyə çalışır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm