Amerikanı çinlilər kəşf edib? - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Amerikanı çinlilər kəşf edib? - FOTOLAR

Alimlər ABŞ ərazisində eramızdan əvvəl 1300 il bundan əvvəl qədim çin dilində yazı tapıblar. Bu isə o deməkdir ki, çinlilər Xristofor Kolumbdan təxminən 2800 il əvvəl Amerika qitəsini aşkar ediblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qədim çin dilində yazı Nyu-Meksiko ştatında Albukerke şəhərində yerləşən "Petroqlif" milli muzeyinin ərazisindən tapılıb. Açıq havada yerləşən muzeyin sahəsi təqribən 30 kvadrat metrdir. Onun ərazisində isə arxeoloji abidələr və üzərində 25 mindən çox təsvirin olduğu daşlar yerləşir. Həmin daşların üzərində də qədim çin dilində yazı tapılıb. Yazı daşa həkk olunan zamanlarda Çində Şan sülaləsinin dövrü hökm sürüb. Bu isə onu göstərir ki, Çin sakinləri Kolumbdan əvvəl Amerika qitəsinə gəlib çıxa bilib.

Alimlər daşlar üzərində yazılan qədim çin dilini deşifrə edə bilib və onun həqiqiliyini təsdiqləyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm