12 qat paltar geyən müğənni təyyarədə özündən getdi - VİDEO/FOTO
Bizi izləyin

Bilgi.az

12 qat paltar geyən müğənni təyyarədə özündən getdi - VİDEO/FOTO

Londondan Qlazqoya uçan şotlandiyalı müğənni əlavə yük haqqı ödəməmək üçün orijinal bir üsula əl atıb.

Publika.az xəbər verir ki, Revind qrupunun üzvü olan 19 yaşlı James McElvar 45 sterlinqə qənaət etmək üçün bütün paltarlarını əyninə geyinib.

Üzərinə 6 köynək, dörd jaket, üç cins şalvar, iki şort, bir pencək, iki papaq geyən 19 yaşındakı McElvar, təyyarəyə minmədən öncə bu halı ilə şəkil çəkdirərək Twitterdə paylaşıb.

O, təyyarə havaya qalxdıqdan sonra paltarlarını çıxarmağa başlasa da, istidən halı pisləşərək huşunu itirib. Təyyarədə ilkin tibbi yardım göstərilən müğənni hava limanından birbaşa təcili yardımla Qlazqo xəstəxanalarındn birinə aparılıb.

Musiqi qrupunun digər üzvləri Twitterdən paylaşdıqları mesajda, McElvarın səhhətinin yaxşı olduğunu yazıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm