Qətərin birinci xanımından sərt açıqlama - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qətərin birinci xanımından sərt açıqlama - FOTOLAR

Stil ikonası kimi tanınan Qətər əmirinin 2-ci həyat yoldaşı Şeyx Moza bint Nasır Qərb mətbuatının ölkəsinə dair yaydığı məlumatları tənqid edib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Moza İngiltərənin "Financial Times" qəzetinə müsahibəsində ölkəsinə zaman-zaman yönəldilən iradlara etirazını bildirib.

Qətərin birinci xanımı "Bunun hansı səbəbdən edildiyini bilirik. Avropada mühacirlərə göstərilən rəftara nə deməli? Bizim problemlərimizdən daha böyük miqyasda problem görürəm, çünki bizim mühacirlərimiz gəlir və gedir. Amma Avropadakı mühacirlər cəmiyyətin bir parçası olduğu halda pis rəftarla üzləşirlər.

Mətbuat bizi zəngin, amma pulu ilə nə edəcəyini bilməyən adamlar kimi təqdim edir. Sərvətimiz bizə bəxş edilib və ondan necə istifadə edəcəyimizi özümüz bilirik" - deyə bildirib.

Ərəb dünyasında qadınların təhsili ilə bağlı verilən suala isə Şeyx Moza "Cəmiyyətin bir hissəsinə baxıb onun üzərində dayanmamalısınız. Qadınlara təhsil vermək istəyirsinizsə, kişiləri də öyrətməlisiniz. Əgər kişilərə təhsil versəniz, qadınlarının təhsil almasını təmin edə bilərsiniz" cavabını verib.

Moza ərəb dünyasındakı proseslərə dair isə "Geriyə gediş var, ancaq qiyamların təsirləri tam olaraq nəticələnmədi" - deyib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm