101 yaşında rekorda imza atdı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

101 yaşında rekorda imza atdı - FOTOLAR

Böyük Britaniyada ekstremal idman növlərinin həvəskarı Doris Lonq 101 yaşında rekorda imza atıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yaşlı qadın "abseylinq" idmanı üzrə nailiyyət əldə edib. Belə ki, yaşlı qadın Portsmut şəhərində çoxmərtəbəli binadan kəndir vasitəsilə aşağı enib.

Doris Lonqun 94 metr hündürlükdən yerə enməsinə nə külək, nə də yağış əngəl olub.

"Qoçaq Doris" adını almış qadın əvvəlki rekordunu 2014-cü ildə edib.

O, 85 yaşından etibarən "abseylinq" idman növü ilə maraqlanır. O, ekstremal idman növü haqda bunları söyləyib: "Mən qorxu hiss etmirəm və heç vaxt da hiss etməmişəm. Mən anadangəlmə sakit təbiətə malikəm". Doris ekstremal hərəkəti gələn il, 102 yaşında da təkrarlamağı düşünür.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm