Bilgi.az
Tatarlar: "Krımın yiyəsi necə azlıq oldu?"
Ukrayna ərazisi olan qədim türk torpağı Krım ötən aydan Rusiyanın işğalı altına düşüb. Bölgəyə hərbi qüvvə yeridən Rusiya hakimiyyətə öz adamlarını gətirib və yarımadanı Ukraynadan qoparmağa çalışır. Krımın gerçək sahibi olan tatarlar bu plana qarşı çıxır.
“Media forum” saytı bildirir ki, hazırda Krımın 2 milyona yaxın əhalisi var. Tatarlar əhalinin 12,1 faizini təşkil edirlər. Tarix boyu Rusiyanın basqıları altında sayları azalan Krım türkləri 1944-cü ildə tam deportasiya ediliblər. Onların tarixi vətənlərinə qayıdışı 1987-ci ildən başlayıb, ancaq indi də azlıqdadırlar. 2013-cü ilin statistikasına görə, Krımda əhalinin 58,5 faizi ruslar, 24,1 faizi ukraynalılardır.
Tarixi mənbələr göstərir ki, XVIII əsrin birinci yarısında Krım
əhalisinin 95,1 faizi, ikinci yarısında isə 92,6 faizi tatarlar
olub. Müxtəlif illərdə keçirilmiş siyahıyaalmalar Krımda tatarların
necə məqsədyönlü şəkildə azaldıldığını sübut edir:
1795-ci il (87,6%)
1816-cı il (85,9%)
1835-ci il (83,5%)
1850-ci il (77,8%)
1858-ci il (73%)
1864-cü il (50,3%)
1897-ci il (35,6%)
1917-ci il (28,7%)
1920-ci il (26%)
1926-cı il (25,1%)
1934-cü il (23,8%)
1937-ci il (20,7%)
1939-cu il (19,4%)
1944 və 1959-cu illər (0%)
1979-cu il (0,7%)
1989-cu il (1,6%)
2001-ci il (12,1%).
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!