Bu əkizləri sevgililəri də ayıra bilmir - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu əkizləri sevgililəri də ayıra bilmir - FOTOLAR

Böyük Britaniyada yaşayan Laura və Anna Perri əkiz bacılarını heç sevdiyi oğlanlar da fərqləndirə bilmir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bacıların 20 yaşı var və onlar stüardessa işləyirlər.

İş zamanı hər ikisi eyni formada olduğu üçün sərnişinləri də çaşbaş salırlar. Bacılar adi günlərdə də eyni cür geyindiyi üçün bu, sevdikləri oğlanların çaşqınlığına səbəb olur.

Anna Perri deyib: "Biz həmişə hər şeyi bir yerdə edirik və insanları çaşdırmağa alışmışıq. Sevdiyimiz oğlanlar bizi fərqləndirmək üçün vaxt istəyir, lakin sonda yenə də bizi səhv salırlar".

Bir dəqiqə fərqlə dünyaya gələn qızlar bir-birindən heç də seçilmir. Onları fərqləndirə bilən yeganə insan analarıdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm