Şimali Koreyada ilk dəfə
Bizi izləyin

Bilgi.az

Şimali Koreyada ilk dəfə

Sloveniyadan olan Laibach musiqi qrupu Şimali Koreyada konsert verəcək ilk xarici qrup olacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, konsertin təşkilatçısı rejissor Morten Traavik danışıb.

Qrupun avqustun 19-u və 20-i Pxenyanda iki konsert verəcəyi planlaşdırılıb. Konsertlər Koreya yarımadasının Yaponiya müstəmləkəsindən azad olmasının 70 illiyinə həsr olunub və 2000 nəfərlik zalda baş tutacaq.

Konsert proqramı 35 il fəaliyyət göstərmiş musiqi qrupunun ən məhşur mahnılarından və Şimali Koreya milli mahnılarından ibarət olacaq.

Qrupun tənqidçiləri iddia edirlər ki, Laibach siyasi və milliyyətçi rəmzlərdən həddindən artıq çox istifadə edir.

Pərəstişkarlar isə, qrup üzvlərinin səhnəyə hərbi geyimlərdə çıxmasını totalitarizm ideologiyasına qarşı etiraz kimi dəyərləndirirlər.

Bundan əlavə, qrup üzvləri mahnılarını Şimali Koreyanın məşhur "Moranbonq" qızlar qrupu ilə birgə səsləndirəcək.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm