Dünyanı dəyişən dahilərin qəribə davranışları: Pifaqorun qorxusu, Çörçilin ikinci çarpayısı - FOTO
Bizi izləyin

Bilgi.az

Dünyanı dəyişən dahilərin qəribə davranışları: Pifaqorun qorxusu, Çörçilin ikinci çarpayısı - FOTO

Dahi şəxslər öz kəşfləri ilə dünyaya xeyir verib. Buna baxmayaraq, dahilər hərəkət və qəribəlikləri ilə də yaddaşlarda qalıb.

Publika.az qəribə vərdiş və hərəkətləri ilə hər kəsi heyrətləndirən dahiləri təqdim edir.

İlya İvanov

Məşhur sovet bioloqu İlya İvanov ev heyvanları üzərində apardığı müxtəlif təcrübələri ilə məşhurdur. Lakin onun təcrübəsinin əsasını çarpaz yolu ilə insan və meymun hibridini yaratmaq olub. O, erkək meymun və qadın üzərində təcrübələr aparıb onları mayalandırmağa çalışsa da, istədiyi nəticəni əldə etməyib. Onun təcrübələri siyasi tənqidə məruz qalıb və nəticədə İvanovu həbs ediblər.

Uinston Çörçil

Böyük Britaniyanın baş naziri hər gecə yataq dəstini dəyişdirməyi xidmətçilərindən tələb edərdi. Bəzən gecələdiyi mehmanxanada otağa iki çarpayı qoyulardı. O, bir çarpayıda yatar, gecənin yarısı oyanıb ikinci çarpayıya keçərdi. Deyilənlərə görə, o, tərləmədən əziyyət çəkib və öz tərindən boğulardı.

Sidni Qotlib

Amerikalı hərbi psixiatr və kimya elmləri üzrə həkim Sidni Qotlib həmçinin casus kimi də çalışıb. Bundan əlavə, Qotlib dövlət adamlarını zəhərləməyə də çalışıb. Məsələn, Kuba prezidenti Fidel Kastronun saqqalının tökülməsi üçün onun ayaqqabısına tallium kimyəvi elementinin tozunu səpməyə hazırlaşıb. Ən pis halda bu Kastronun ölümü ilə bitə bilərdi, lakin təcrübə baş tutmayıb.

Robert Çesbro

Kimyaçı Robert Çesbro neft və müxtəlif neft məhsullarını tədqiq edərdi. Nəticədə, Çesbro vazelini ixtira edib. Bundan əlavə, əfsanələrə görə, alim hər gün vazelini yeyərmiş. Nəticədə, Çesbro 96 il yaşayıb.

Aleksandr Boqdanov

Çar Rusiyasının ən məşhur alimlərindən biri də Boqdanov daim gənc qalmağa çalışıb. Bunun üçün, Boqdanov özünə qan köçürməklə gənc qalacağına ümid edib. Günlərin birində qan köçürülərkən Boqdanov vəfat edib. Təəssüf ki, o vaxtı qan qrupunu müəyyən etmək üçün lazımı avadanlıqlar yox idi.

Franz Rayhelt

"Uçan dərzi" adını almış avstriyalı dərzi Franz Rayhelt, təyyarədən yıxılan pilotların həyatının xilas edilməsi üçün çarə tapmağa çalışıb. Belə ki, o, "paraşüt plaş" hazırlayıb və sınaq kimi manekenlərin üzərində yoxlayıb. Lakin plaşın tam uçma qabiliyyətinə malik olmaq üçün onu öz üzərində yoxlamaq qərarına gəlib. Ona görə də, Eyfel qülləsinin aşağı səviyyəsinə çıxan Franz oradan tullanıb. Təcrübə onun üçün faciə ilə bitib. Avstriyalı 60 metr hündürlükdən yerə çırpılaraq həlak olub.

İsmayıl əl-Cauhari

Ərəb dilində ilk lüğətin yaradıcısı olan İsmayıl əl-Cauhari öz kitabına 40 mindən çox söz əlavə edib. Filologiya elmi ilə yanaşı alim mexanika ilə də maraqlanıb. Abbas ibn Firansın hazırladığı süni qanadalardan ilhamlanan əl-Cauhuri, qanadları geyinərək məscidin minarəsindən tullanıb. O, yerə çırpılaraq həlak olub.

Pifaqor

Məşhur teoremin əsasını qoyan Pifaqor lobyadan qorxardı və onları nəinki yemək, hətta toxunmağa belə cürət etməzdi. Onun fikrincə lobya insana zərər yetirə bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm