• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kökü kəsilmiş dinozavrları, mamontları, Tasmaniya pələnglərini canlı görəcəyik - FOTOLAR

  • Maraqlı
  • 17 İyul 2015 18:46
  • 1 943 Baxış
Kökü kəsilmiş dinozavrları, mamontları, Tasmaniya pələnglərini canlı görəcəyik - FOTOLAR

Dünya elminin müasir inkişaf səviyyəsi bir sıra nəsli kəsilmiş heyvanların yenidən həyata qayıtmasını mümkün edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yaxın vaxtlarda bəzi nəsli kəsilmiş heyvanları yenidən canlı görəcəyik. Dünyanın ayrı-ayrı məşhur alimlərinin açıqlamaları bu prosesin tezliklə reallaşacağını göstərir. Həmin heyvanların adlarını təqdim edirik:

Göyərçinlər fəsiləsindən unikal qidalanma sisteminə malik olmuş, 17-ci əsrin sonlarında nəsli kəsilmiş Dodo quşunun yeni nəslini 4 əsrdən sonra canlı olaraq görə biləcəyik. Qeyd edək ki, bir metr boya, 20 kiloqram ağırlığa malik olmuş, uça bilməyən bu quş bir zamanlar insanlar və vəhşi heyvanlar üçün əti ləzzətli canlı olub. Arxeoloqlar 2007-ci ildə mağaralardan birində Dodo quşunun son dərəcə yaxşı qalmış qalıqlarını tapıblar. Qalıqlardan alınacaq DNT analizləri ilə Dodo quşunu yenidən qaytarmaq mümkün olacaq.

30 santimetrlik kəsici dişlərə malik iridişli pələngSmilodon da alimlərin yenidən nəslini bərpa edəcəkləri heyvanlardandır. Güclü caynaqlara malik bu yırtıcı 3 milyon il öncə Şimali və Cənubi Amerikada yaşayıb. 100000 il bundan əvvəl kəskin iqlim dəyişikliyi – buzlaşma ilə əlaqədar nəsli kəsilmiş bu heyvan 2,75 metr uzunluğa və, 600 kq çəkiyə malik imiş. Donmuş halqa qalıqları aşkarlanmış heyvanın DNT analizləri alınaraq onları klonlaşdırmaq mümkün olacaq. Artıq bununla bağlı işlər uğurla nəticələnib. Belə ki, DNT analizlərinin alınmasından sonra 16 il dondurulmuş pələnglərdən biri klonlaşdırılıb.

Avstraliyanın kəşfindən sonra yeni qitəyə köçən avropalılar dünyanın ən kiçik materikindəki bəzi heyvanların, o cümlədən Tasmaniya pələnginin kökünü kəsdilər. Avropalılar onların qoyunlarını parçalayan bu yırtıcıları onların nəsli kəsilənə qədər ovladılar. 1936-cı ildə öldürülmüş sonuncu Tasmaniya pələngi hazırda xüsusi maye içərisində saxlanılır. Bu səbəbdən həmin heyvanın DNT-sinin alınmasında hər hansı problem yaşanmır. Beləcə, 1936-cı ildən sonra Tasmaniya pələngi yenidən dünyaya gələcək.

Yolçu göyərçinləri – bir vaxtlar Şimali Amerikada sürü halında yaşamış bu heyvanların sayı o qədər çox idi ki, onalar hər hansı ərazidən uçub keçmələri üçün bir gün vaxt lazım olurmuş. Adətə görə, o zamanlar məşhur ovçular yolçu göyərçinlərini ovalamadan geri dönməzdilər. Kütləvi ovlanma ötən əsrin əvvəllərində bu quşların kökünün kəsilməsinə səbəb oldu. Sonuncu göyərçin 1914-cü ildə Cincinati heyvan parkında öldü. Alimlər həmin heyvanın hüceyrələrinin, toxumlarının və DNT analizlərinin köməyi ilə bu quşları da yaxın vaxtlarda həyata qaytaracaqlar.

Şimali Amerikada, Afrikada, Asiya və Avropada mövcud olmuş mamontları da tezliklə canlı görə biləcəyik. 4,5 metr boyu və 8 ton ağırlığı olan bu heyvanların Yer üzündəki buzlaşmadan sonra azalıblar. Yakutiyada mamontlarla bağlı araşdırma aparan Semyon Qriqorev fil yumurtasının toxumalarını mamontun hüceyrələri ilə birləşdirmək qərarına gəlib. Yumurtadan yaranacaq embrion mamontların yeni nəslinin başlanğıcı olacaq.

150 milyon il dünyanın ən böyük heyvanlarından olmuş, qədim dövrlərin ən iri yırtıcılarından sayılan dinozavrlar Yer üzündə ilk dəfə 250 milyon il əvvəl görünüblər. İri meteoritlərdən birinin Yerlə toqquşması planetimizdə kəskin soyuqların düşməsinə səbəb oldu, bu isə dinozavrların kökünün kəsilməsi ilə nəticələndi. Alimlər bu heyvanın da DNT vasitəsilə həyata qaytaracaqlarını vəd verirlər. DNT üzrə məşhur alim Mark Vestuzin bu heyvanın hüceyrələrini dəvəquşu yumurtasına köçürülərək yaxın vaxtlarda dinozavrların yeni nəslini yaradacağını bildirib.

Beləcə, bir vaxtlar müxtəlif səbəblər üzündən nəsli kəsilmiş heyvanlar yenidən həyata qayıdacaqlar. Onların bəzilərinin kökünü məhz insanlar kəsiblər. Necə deyərlər, əvvəl məhv edirlər, sonra isə yenidən yaradırlar.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR